Almaniya Ukraynaya yeni hərbi yardım paketi vəd edib

31 May 2024 06:20

Ukraynanın Odessa şəhərində olan Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə 500 milyon avro dəyərində daha bir hərbi yardım paketi vəd edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Almaniyalı nazir ukraynalı həmkarı Rustem Umerovla da danışıqlar aparıb.

Digər təfərrüatlar açıqlanmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun