ABŞ Ermənistan, Moldova və Ukraynaya hərbi müşavirlər göndərib

31 May 2024 00:39

ABŞ-nin hərbi məsləhətçiləri Ermənistan, Moldova və Ukraynanın müdafiə nazirliklərinə, eləcə də Balkan ölkələrinə göndərilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Intelligence Online" internet portalı məlumat yayıb.

İddia olunur ki, amerikalı müşavirlər sözügedən ölkələrin nazirliklərini ABŞ-nin qurumlarına uyğunlaşdırmalı və onları Rusiya modelindən uzaqlaşdırmalıdırlar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun