İran "iPhone"u tam qadağan etdi

30 May 2024 23:43

İran gömrüyü ölkəyə istənilən nəsil iPhone smartfonlarının idxalını qadağan edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, hətta əvvəllər idxalına icazə verilən 13-cü nəsil və daha köhnə modellər də indi qadağaya məruz qalır.

Qeyd edək ki, 2017-ci ildə Amerikanın Əpl (Apple) korporasiyası ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara görə iranlı tərtibatçıların bütün mobil proqramlarını onlayn "App Store"dan silib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun