BMT baş katibindən Rəisi ilə bağlı etiraf...

30 May 2024 21:10

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi həm ölkə, həm də bütövlükdə dünya üçün çətin bir zamanda ölkəyə rəhbərlik edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyasda İ.Rəisinin xatirəsinə həsr olunmuş tədbirdə deyib.

"Bu çətin dövrlərdə beynəlxalq və regional əməkdaşlıq hər zamankından daha vacibdir. BMT İran xalqı ilə həmrəydir", - deyə o bildirib:

Dünya təşkilatının rəhbəri bir daha İran hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun