18 mağazada keyfiyyətsiz mallar aşkarlanıb - SİYAHI
24 May 2010 15:42
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ümumi çəkisi 270 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, süd məhsulları, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, alkoqollu içkilər və s. satışdan çıxarılaraq məhv edilib.
Nazirlik keyfiyyətsiz ərzaq satışı ilə məşğul olan mağazaların siyahısını da yayıb:
Bakının Nərimanov rayonunda
- Böyük Şor qəsəbəsi, ev 65 ünvanında Novruzəli Novruzova məxsus mağazada;
- Böyük Şor qəsəbəsi, Z.Bünyadov küçəsi, ev 145 ünvanında yerləşən "Nur market"də;
- O.Əliyev küçəsi, 18 ünvanında Ramin Muxtarova məxsus mağazada;
Nəsimi rayonunda
- Mərdanov qardaşları küçəsi, 111 ünvanında yerləşən "Market 111"də;
- Ə.Hüseynzadə küçəsi, ev 93 ünvanında yerləşən "Təzə market"də;
- M.Qardaşları küçəsi, ev 53, mənzil 1 ünvanında Kamil Cəlilova məxsus mağazada;
- Cavadxan küçəsi, 1 ünvanında Əhməd Sərdarova məxsus ərzaq mağazasında;
- Ş.Əzizbəyov küçəsi, 302-ci məhəllədə yerləşən "Dosluq market"də;
- Bülbül prospekti, ev 24 ünvanında yerləşən "24 saat kafe"də;
- F.Qasımzadə küçəsi, ev 16, mənzil 2 ünvanında yerləşən "Nağıl market"də;
Yasamal rayonunda
- K.Rəhimov küçəsi, ev 15 ünvanında yerləşən "Ayaz market"də;
- S.Əsgərova küçəsi, ev 91 ünvanında yerləşən "Bəyaz market"də;
- M.Rahim küçəsi, ev 3 ünvanında yerləşən "Nərgiz market"də;
Nizami rayonunda
- R.Rüstəmov küçəsi, ev 58 ünvanında yerləşən "Günay mini market"də;
Sabunçu rayonunda
- Balaxanı qəsəbəsi, 2-ci mədən, 77 ünvanında yerləşən "Halal market"də;
- Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində Azər Əbilova məxsus ərzaq mağazasında;
Gəncə şəhərində
- Yeni Gəncə qəsəbəsində Əhməd Bəndalıyevə məxsus ərzaq malları mağazasında;
- Azərbaycan Əsgəri küçəsi, 28 ünvanında yerləşən "Yamən market".
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
Milli.Az