Lunyov "Qarabağ"dan ayrılır

30 May 2024 14:58

"Qarabağ" Andrey Lunyovla yollarını ayırmağa hazırlaşır.

Milli.Az bildirir ki,  Apasport.az saytına verilən məlumata görə, rusiyalının komandada qalmayacağı dəqiqləşib.

Belə ki, ölkə kubokunun "Zirə"yə qarşı keçiriləcək final oyunundan sonra Andrey Azərbaycanı tərk edəcək.

Onunla müqavilə müddəti artırılmayacaq.

Qeyd edək ki, Lunyov mövsümün əvvəlində " Bayer"dən ayrılaraq "Qarabağ"a keçmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun