Xocalı soyqırımı ağır bəşəri cinayətdir – Ermənistan üzr istəməlidir! - VİDEOMÜSAHİBƏ

30 May 2024 14:40

Ermənilər son 200 ildə xalqımıza qarşı dəhşətli, insanlığa sığmayan qəddarlıqla soyqırımları, qətliamlar və terror aktları törədib, on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Bu cinayəti törədənlər indiyə qədər layiqli cəzasını almayıb.

illi.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyev sakinlərlə görüşü zamanı bir sıra məsələləri vurğuladı.

"Cənab Prezident soyqırımın tanınması məsələsinə toxundu və bildirdi ki, bu soyqırıma görə Ermənistan üzr istəməlidir. Bu soyqırımı azərbaycanlılara qarşı törədilib, amma mahiyyətinə və miqyasına görə bütün bəşəriyyətə və sivilizasiyaya qarşı törədilmiş soyqırımıdır, ağır bəşəri cinayətdir", - deyə deputat əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun