Arıqlamaq qədər vacib olan başqa bir şey də var ki, o da itirilən çəkini saxlamaqdır. Çəkimizi ancaq sağlam şəkildə itirdiyimiz halda saxlaya bilərik. Bu səbəbdən sağlam qidalanmaq vacibdir.
Milli.Az "Unikal"a istinadən tox tutan 12 qidanı təqdim edir:
1.Xiyar
Xiyar su baxımından zəngin bir tərəvəz olduğundan təhlükəsiz istehlak edilə bilən qidalardan biridir. 95 faizi sudan ibarət olan xiyarı yesəniz belə, cəmi 15 kalori sərf etmiş olacaqsınız. Üstəlik, xiyarın qabığı lif deposudur.
2.Yaşıl lobya
Lobyanı qaynadıb salatlara, toyuq və ya ətin yanına ana yemək kimi qoya bilərsiniz. Bu sizə 59 kalori verəcək.
3.Armud
Bir digər lif deposu armud hesab olunur. Kalori tutumu 80 qramdır.
4.Yulaf
Yulaf protein və lif deposu hesab olunur. Yulaf isə cəmi 150 kalori almağınıza səbəb olacaq.
5.Badam
Yağlı cərəzlərdən biri sayılan badam pəhriz siyahılarında qarşılaşdığımız qidalardan biridir. Badamın kalorisi az deyil, amma hər gün bir qədər təbii yağ almalı olduğumuzu nəzərə alsaq, badam çox faydalı bir seçim ola bilər.
6.Qara lobya
Vegeterian qidalananlar çox yaxşı bilirlər ki, lobya həm böyük bir protein mənbəyidir, həm də lifli quruluşu ilə çox doyurucu bir qidadır. Pəhriz siyahımız nə qədər rəngarəng olsa, davamlı olması bir o qədər asan olar.
7.Moruq
Pəhriz siyahınıza moruq əlavə etməyə cəhd edin. Çünki moruq həm istehlakı çox asan, həm də ləzzətli bir lif mənbəyidir.
8.Xurma
Pəhriz siyahınızda desert kateqoriyasında ən məşhur qidalardan biri olan xurma təbii şəkər mənbəyidir.
9.Brokoli
Brokoli istehlak etməklə cəmi 30 kalori qəbul etmiş olursunuz. Eyni zamanda 2 qramdan çox protein, bol lif və C vitamini də bu qidada yüksəkdir.
10.Qaragilə
Pəhriz saxlayarkən meyvə istehlak edə bilməyəcəyinizi düşünürsünüzsə yanılırsınız. Vacib olan nə yediyiniz deyil, nə qədər yediyinizdir. Protein və lif qaynağı olan qaragilə pəhriz zamanı xeyirli bir qida hesab olunur.
11.Qreyfurt
Özündə bol miqdarda C vitamini ehtiva edən qreyfrutla qısa zamanda ideal çəkiyə çatmaq çox asandır. Tərkibindəki pəhriz lifi sayəsində sağlam arıqlamanıza kömək edir.
12.Qatıq
Qatıq çiyələk,xiyar və hətta bişmir kartof kimi qidaların dadını artırmağa və daha tox qalmağa kömək edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun