Sərhəddəki 12 mövqe Azərbaycana verilir? - Ermənistandan rəsmi AÇIQLAMA

30 May 2024 14:35

Ermənistan hökuməti Geqarkunik Marzdakı bəzi müdafiə mövqelərinin Azərbaycana təhvil verilməsi vədi ilə bağlı məlumatları təkzib edir.  

Milli.Az unikal-a istinadən xəbər verir ki, bu barədə hökumət erməni KİV-ə açıqlamayıb. 

"Bu gün KİV-də Geqarkunik bölgəsində bəzi müdafiə mövqelərinin təhvil verilməsi vəd edilməsi barədə yayılan məlumat tamamilə yalan məlumatdır", -  məlumatda deyilir. 

Xatırladaq ki, bundan əvvəl Ermənistan mətbuatında Geqarkunik bölgəsində tədqiqatçıların olması barədə məlumatlar yayılıb. Bildiirlib ki, bu ərazilərdən Azərbaycana 12 müdafiə mövqeyinin təhvil veriləcəyi vəd edilib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun