Kırıkkaledə ağır qəza - 22 yaralı var - FOTO

30 May 2024 10:02

Türkiyənin Kırıkkale şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 22 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki,  bu barədə "Anadolu" məlumat yayıb.

Qeyd olunub ki, olay Kırıkkale - Kırşehir şosesi, Yenimahalle Qəbiristanlıq Qovşağında baş verib. Hadisə yerinə çox sayda polis, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub.

Qəzada yaralanan 22 nəfər şəhərdəki xəstəxanalara çatdırılıb. Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun