Erməni qoşunları buna görə hələ də sərhəddədir – Asryan

30 May 2024 08:05

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri birbaşa sərhəddə yerləşdirilib, lakin Silahlı Qüvvələrin bölmələri də orada mövcudluğunu saxlayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib.

O, Tavuşun Berkaber-Baqanis bölgəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri olduğunu bildirib:

"Sərhədçilər sərhəddə xidmət edir. Lakin bu istiqamətdə Silahlı Qüvvələrin onlara tapşırılan tapşırıqları yerinə yetirməyə hazır olan nizami bölmələri var".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun