Niderlandda kişi təyyarənin işlək mühərrikinə düşdü

30 May 2024 07:20

Niderlandda Şiphol hava limanında təyyarənin işlək mühərrikinə düşən kişi ölüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, insidentin hansı şəraitdə baş verdiyi hələ də qeyri-müəyyən olaraq qalır.

Qeyd edilib ki, müxtəlif versiyaları, o cümlədən intiharı istisna etmək olmaz.

Göyərtəsində sərnişinlər və ekipaj üzvləri olan təyyarə Danimarkaya uçmalı idi.

Hadisədən sonra bütün ekipaj üzvləri və sərnişinlər təyyarəni tərk ediblər, ehtiyacı olanlara psixoloji dəstək göstərilib. Onların çoxu faciənin şahidi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun