Rusiya ordusu öz ərazisinə 3 aviabomba atdı

30 May 2024 07:50

Rusiya hərbi təyyarəsindən Belqorod vilayətinə eyni anda 3 aviabomba düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ASTRA Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Şebekino şəhərinin Böyük Qorodişe kəndindən 5 km uzaqlıqda 3 FAB-250 aviabombası düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb, təxliyə barədə məlumat verilmir.

Beləliklə, son 3 ayda Rusiya SQ Belqorod və işğal olunmuş ərazilərə səhvən 73 aviabomba atıb.

Onların arasında "ağıllı" bomba sayılan UMPB D-30SN də var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun