Mən Moskvanı bombalayardım - Trampdan gözlənilməz...

29 May 2024 19:39

Əgər mənim prezidentliyim dövründə Rusiya Ukraynaya təcavüz etsəydi, Moskvanı bombalayardım.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti, hazırda prezidentliyə namizəd Donald Tramp seçki kampaniyası şərçivəsində özəl tədbirdə deyib.

Nəşrin anonim mənbəsi deyib ki, Trampın bu sözlərindən seçki kampaniyasının donorları təəccüblənib.

Jurnalistlər əlavə edirlər ki, ümumiyyətlə, seçkiqabağı tədbirlər zamanı Tramp adətən xarici siyasətdən, mitinqlərdə müzakirə etdiyi mövzulardan, yəni inflyasiya və immiqrasiyadan danışır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun