Paşa Bankın Şuşada filialı açılacaq - YENİLƏNİB - FOTO

29 May 2024 16:48

16:48

Bir il ərzində Paşa Bankın Şuşada filialı açılacaq

Milli.Az xəbər verir ki, bunu "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

-----------
15:36


2023-cü il Paşa Bank üçün rekord oldu.

Milli.Az xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"2023-cü il Paşa Bank üçün rekord oldu. Göstəricilər arasında ilin yekunları üzrə kredit portfelinin, gəlir və mənfəətin rekord göstəriciləri xüsusən nəzərə çarpır", - o deyib.

Onun sözlərinə görə, 2021-2023-cü illər ərzində bir sıra əsas göstəricilərdə mühüm artım nümayiş olunub.

"Aktivlər 56,3 faiz, kredit portfeli 46,5 faiz, kiçik və orta sahibkarlığın (KOS) kreditləşdirilməsi portfeli 102,2 faiz, müştəri hesabları 76,3 faiz, məcmu kapital 104,4 faiz, mənfəət 83,7 faiz, komissiya və yığımlardan gəlirlər isə 78,1 faiz artıb. Əlavə olaraq, bank aşağıdakı nəticələrə nail olub: KOS seqmenti rəqəmsal modellər vasitəsilə 298 milyon manat emissiya edib, Rəqəmsal Faktorinq Platforması çərçivəsində müştərilərə 13,8 milyon manat kredit verilib, subordinasiya edilmiş borclar formasında 50,8 milyon ABŞ dolları cəlb edilib, kibertəhlükəsizliyə qoyulan investisiyaların ümumi həcmi 6,5 milyon manat olub", - o deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun