Papa üzr istədi

29 May 2024 14:34

Papa Fransisk bu yaxınlarda keçirilən qapalı iclasda cinsi azlıqlara qarşı təhqiramiz ifadə işlədib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat direktoru Matteo Bruni deyib ki, Papa bu hərəkətinə görə artıq üzr istəyib.

"Papa Fransisk pis niyyət məqsədi ilə o ifadləri işlətməyib. Heç kim lazımsız deyil, bu həyatda hər kəsin öz yeri var. Papa yanlış anlaşılan çıxışına görə üzr istəyir".

Qeyd edək ki, İtaliya mediasının yazdığına görə, Papa Fransisk uzun müddət davam edən təhqiramiz ifadədən istifadə edərək cinsi azlıqlar haqqında xoş olmayan sözlər səsləndirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun