"Xarici təsir" qanununu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili imzalayacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə spiker jurnalistlərə açıqlamasında bildirib.
O, vetonun götürülməsindən sonra qanunun imzalanması üçün Prezidentə göndərildiyini qeyd edib.
"Qanun dünən Prezident Administrasiyasına göndərilib. Böyük ehtimal ki, o qanunu imzalamayacaq, ona görə də qanunu mən özüm imzalayacam", - Papuaşvili deyib.
Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün Prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" qanuna vetosunu ləğv edib. Müxalifətin boykot etdiyi səsvermədə 84 deputat qərarın lehinə, 4 deputat əleyhinə səs verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun