Heyli İsrail bombasını üzərinə bunu yazdı - FOTO

29 May 2024 12:19

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli İsrailə səfəri zamanı İsrail ordusunun mərmisinin üzərində yazı yazıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, onun hərəkəti indi qızğın müzakirə olunur. Heyli HƏMAS hərəkatına işarə edərək "Onları bitirin" yazıb.

ABŞ-da Fələstinə dəstək üçün çıxış edən fəallar isə onun hərəkətini mənəvi tənəzzülün iyrənc sübutu adlandırıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun