“Araz-Naxçıvan” Elmar Baxşıyevlə bağlı qərarını verdi

29 May 2024 11:28

"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.

Milli.Az bildirir ki, klubdan İdman.bizə verilən məlumata görə, anlaşmanın müddəti 1 ildir.

Mütəxəssis 2024/25-ci il mövsümündə "qırmızı-ağlar"ı çalışdıracaq.

Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun