"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin iki törəmə şirkəti birləşib.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, "ASK Tütün" ləğv olunaraq "ASK Aqro"ya qoşulub.
Qoşulma nəticəsində "ASK Aqro" yenidən təşkil olunub.
Qeyd edək ki, "ASK Tütün" 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 648 675 manatdır. Dirrektoru isə Zamanov Nizami Əbdürəhim oğlu idi.
"ASK Aqro" isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 690 073.45 manatdır. "ASK Aqro"nun direktoru isə Kazımlı Mürşüd Aqil oğludur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun