Coni Parisdə "Sarı gəlin" oxudu - VİDEO

29 May 2024 16:15

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) paylaşımı ilə diqqət çəkib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "sarı gəlin" mahnısını piano müşayiəti ilə canlı ifa edib. O bildirib ki, mahnını Parisdə oxuyub.

Həmin görüntüləri sosial şəbəkədə paylaşan Coni "Azərbaycanın Müstəqillik Günü şərəfinə keçirilən bayram tədbiri başa çatıb. Azərbaycanın Parisdəki səfirliyində bunu həmvətənlərimlə bölüşməkdən çox məmnun oldum. Yaşasın Azərbaycan!" sözlərini yazıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun