Yaponiya kosmosa taxta peyk buraxacaq

29 May 2024 11:05

Yaponiyalı tədqiqatçılar ağacdan dünyanın ilk kosmik peykini yaradıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun Kioto Universiteti və ağac emalı şirkəti "Sumitomo Foresty" ilə birlikdə hazırlanması dörd il çəkib.

Peykin adı "LignoSat"dır. Onun yaradılması ideyası ətraf mühitə olan qayğıya əsaslanır. Missiyanı başa vurduqdan sonra Yerə qayıdarkən belə bir peyk atmosferə daxil olduqdan sonra tamamilə yanır.

Peyk ölçüləri 10 santimetr və qalınlığı 4-5,5 millimetr olan bir kubdur, lakin onun dizaynında alüminiumdan hazırlanmış bir neçə hissə var. Cihazda günəş panelləri də mövcuddur. Onun çəkisi təxminən 1 kiloqramdır.

Qeyd olunub ki, peyk vintlər və yapışdırıcılardan istifadə olunmadan ənənəvi yapon texnologiyası ilə hazırlanıb. O, bu il "SpaceX" tərəfindən kosmosa buraxılacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun