Fələstin bayrağı qaldırıldı, iclas dayandı

29 May 2024 08:22

Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive çərşənbə axşamı parlamentin aşağı palatasının gündəlik iclasını dayandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, buna səbəb sol təmayüllü "Les Insoumis" (LFI) partiyasından olan deputat Sebastyan Deloqun iclasda Qəzzadakı vəziyyətə diqqət çəkmək üçün Fələstin bayrağı qaldırması olub.

"Bu, qəbuledilməzdir", - deyə Yael Braun-Pive deyib.

LFI partiyası isə hadisənin görüntülərini X səhifəsində "Biz sülhün səsini hər yerdə və həmişə daşımağa davam edəcəyik", - başlığı ilə paylaşıb.

Milli.Az