Növbəti köç karvanı Xocalıya çatıb - YENİLƏNİB - FOTO

29 May 2024 14:55

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanı Xocalıya gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Xocalıya 24 ailə - 88 nəfər köçürülüb. Ailələri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəliyinin nəzdində Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə doğma yurdlarına dönüş münasibətilə göz aydınlığı verilib evlərin açarları paylanılıb.

Xatırladaq ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.

-------

07:18

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanı yola salınıb.

Milli.Az xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Xocalıya 24 ailə 88 nəfər köçürülüb.

Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.

Milli.Az