Tolikin ad günündə BARIŞDILAR - VİDEO

29 May 2024 09:06

Uzun müddətdir küsülü olan Niyam Salami və Aynur Dadaşova barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar prodüser-aparıcı Tarix Əliyevin ad günündə bir araya gəlib.

Niyam Aynura yaxınlaşaraq onunla görüşüb. İfaçılar daha sonra səhnəyə çıxaraq mahnı ifa ediblər.

Qeyd edək ki, ifaçıların arasındakı qalmaqala səbəb Niyamın yalançı toy xəbəri olub. Belə ki, o,layihəsini piar etmək üçün yalandan Aynurla ailə quracaqları məlumatına yayıb. Bu isə qarşı tərəfi əsəbiləşdirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun