"Bürc-Xəlifə" bayrağımız rəngdə işıqlandırıldı - VİDEO

28 May 2024 23:34

Dünyanın ən hündür tikilisi olan, Dubaydakı "Bürc-Xəlifə" qülləsi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının dövlət bayrağının rənglərinə bürünüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Dubayda Baş Konşulluğu məlumat yayıb.

Bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.

Milli.Az