Ticarət mərkəzində azərbaycanlılar dava saldı

28 May 2024 23:07

Rusiyanın Ufa şəhərində, "Merkuri" ticarət mərkəzində miqrantlar arasında kütləvi dava düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb.

Kadrlarda ticarət mərkəzinin çıxışı yaxınlığında on nəfərə yaxın kişinin dava-dalaşı və qışqırması əks olunub.

Bildirilib ki, dava azərbaycanlıllar arasında baş verib. Hadisənin səbəbi məlum deyil.

Milli.Az