Sumqayıtda ağır qəza - Yaralılar var - FOTO

28 May 2024 18:51

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

"Nissan" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun