Bu prospektdəki məşhur dairə ləğv edildi - VİDEO

28 May 2024 18:18

Paytaxtın Babək prospektində maşın bazarına gedən yoldakı dairə ləğv edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Paylaşım edən sosial şəbəkə istifadəçisi sözügedən ərazidə nəqliyyat sıxlığının olduğunu qeyd edərək, aparılan işləri müsbət qiymətləndirib.

Qeyd edək ki, dairənin bağlanan hissəsində park salınacağı ehtimal edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun