Yeni virus ortaya çıxdı: 3 gün ərzində öldürür

28 May 2024 18:10

Koronavirusdan sonra bütün bəşəriyyəti narahat edəcək yeni bir virus ortaya çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Çində yerləşən "Hebei" Tibb Kollecinin alimləri laboratoriya mühitində "Ebola" virusu hazırlayıblar.

Testlərdə bu virusun 3 gün ərzində ölümcül təsir göstərə biləcəyi müəyyən edilib.

Virusun hamsterlər üzərində sınaqdan keçirildiyi testlərdə onun qısa müddətdə orqan çatışmazlığı kimi ciddi əlamətlərə səbəb olduğu müşahidə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun