İranda sərnişin təyyarəsi məcburi eniş etdi

28 May 2024 17:10

İranda Tehran-Xürrəmabad reysi üçün havaya qalxan İran Hava Yollarına məxsus sərnişin təyyarəsi məcburi eniş edib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən Tehranın Mehrabad hava limanına geri dönüb.

Sərnişinlərin vəziyyəti ilə bağlı məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun