Bakının bu ərazisində su kəsiləcək

28 May 2024 14:36

28-29 may tarixlərində Bakının Nardaran bağ massivi ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb magistral su kəmərində təmir işlərinin aparılmasıdır.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun