İranda beynəlxalq aeroport uçuşları 5 saatlıq dayandıracaq

28 May 2024 14:31

İyunun 3-də İranın Tehran şəhərində yerləşən Beynəlxalq Mehrabad Aeroportu uçuşları 5 saatlıq müddətinə dayandıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mehrabad aeroportunun icra direktoru İbrahim Moradi deyib.

Onun sözlərinə görə, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyninin vəfatının ildönümü ilə əlaqədar yerli vaxtla 08:00-13:00 aralığında Mehrabad hava limanından uçuşların həyata keçirilməsi qadağandır.

Moradi bununla əlaqədar bütün hava yolları şirkətlərinə məlumat verildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni 1989-cu il 3 iyunda vəfat edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun