İkardinin arvadı Türkiyə futbolunu dünyada belə təbliğ edir - FOTOlar

28 May 2024 13:17

Türkiyə Superliqasının sonuncu - 38-ci turunda səfərdə "Konyaspor"a 3:1 hesabı ilə qalib gələn "Qalatasaray" çempionluq titulunu qoruyub. "Aslanlar" 24-cü dəfə Türkiyə çempionu olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, çempionatın bombardiri Mauro İkardi olub - 25 qol.

Çempionluğu komand və azarkeşlər adətləri üzrə təntəni şəkildə qeyd ediblər. Bu, əsl bayram şənliyinə bənzəyib.

Bu sevincdən pay alanlar arasında futbolçuların xanımları da olub. Xüsusilə İkardinin həyat yoldaşı Vanda Nara. O, azarkeşlərlə münasibətini və çempionluğu necə qeyd etmələrini sosial şəbəkələrdə paylaşıb. Vanda bununla Türkiyə futbolunun və çılğın fanatlarını dünyada və çoxlu izləyicisi olduğu Cənubi Amerika zonasına təbliğ edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun