“Bakı Cihazqayırma Zavodu”nun rəhbərliyi dəyişdi

28 May 2024 12:13

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Bakı Cihazqayırma Zavodu" MMC-nin direktoru Rasim Gözəlov vəzifəsindən azad edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, zavoda rəhbərlik Rasim Tahirova həvalə olunub.

Xatırladaq ki, "Bakı Cihazqayırma Zavodu" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun