Maska taxın, xəstəliyə yoluxa bilərsiniz - XƏBƏRDARLIQ

28 May 2024 11:22

Bir neçə gündür ölkə ərazisində tozlu hava şəraiti hökm sürür. Bəs görəsən, bu cür hava şəraiti insan sağlamlığına necə təsir göstərir?

Milli.Az Baku Tv-yə istinadən xəbər verir ki, Həkim Abbas Bağırov bildirib ki, tozlu hava yuxarı tənəffüs yollarında çox ciddi fəsadlara yol aça bilər:

"Tozlu hava asılı qalan toz zərrəciklərinin ölçülərinə görə fərqli təsirlər göstərə bilər. Tozlu havadan qorunmaq üçün qoruyucu maskalardan istifadə etmək, bitki örtüyünə toxunmamaq lazımdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun