COP29-un Bakıda keçirilməsini alqışlayırıq - Blinken

28 May 2024 09:47

Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrikində deyilir.

"Son 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı ilə bağlı qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq qurmuşuq. Bu sahələrdə, eləcə də iqlim dəyişikliyi və "yaşıl" enerjiyə keçid kimi getdikcə daha böyük önəm kəsb edən qlobal problemlərlə bağlı fəaliyyətimizi dərinləşdirmək imkanını yüksək qiymətləndiririk.

Birləşmiş Ştatlar COP29-un Bakıda keçirilməsini alqışlayır və COP-un uğurunu, eləcə də, uşaqlarımız və nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyi təmin etmək məqsədilə Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa ümid edirik", - Blinken bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun