Kriştiano Ronaldodan qol rekordu

28 May 2024 09:44

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Liqasında tarixə düşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 39 yaşlı hücumçu "Əl-İttiahad"la (4:2) mövsümün son oyununda dubl edərək vurduğu qolların sayını 35-ə çatdırıb.

Nəticədə 31 matçda 35 dəfə fərqlənən Ronaldo Səudiyyə Ərəbistanı Liqasında 1 mövsümdə ən çox qol vuran futbolçu adına yiyələnib. O, həmçinin dörd fərqli liqada (İspaniya, İtaliya, İngiltərə və Səudiyyə Ərəbistanı) bombardir olan ilk oyunçu kimi tarixə düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun