Əlcəzair Fransanın talan etdiyi mədəni sərvətlərin siyahısını hazırladı

28 May 2024 08:38

Əlcəzair müstəmləkəçilik dövründə ölkədən çıxarılan və geri qaytarılmalı olan mədəni sərvətlərin siyahısını Fransaya təhvil verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Mədəni sərvətlərin siyahısı iki ölkənin tarixçilərinin birgə komissiyasının iclasında Əlcəzair tərəfindən təhvil verilib.

Siyahıya Fransanın müxtəlif muzeylərində saxlanılan artefaktlar daxildir. Bunlar 1830-cu ildə Fransanın Əlcəzairi müstəmləkələşdirməsinin başlanğıcından 1962-ci ildə Müstəqillik Müharibəsinin sonuna aiddir.

Bundan əvvəl Əlcəzair Prezidenti Əbdülməcid Tebbun deyib ki, mədəni irs güzəşt və kompromis mövzusu olmamalıdır. Onun sözlərinə görə, Əlcəzair bu məsələlərə obyektiv baxılmasını gözləyir.

Milli.Az