Ukrayna ilə razılaşma var, lakin məxfidir - Almaniya

27 May 2024 23:22

Almaniya və Ukrayna arasında alman silahlarının necə istifadə edilməsinə dair razılaşma var, lakin bu razılaşma məxfidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Almaniya Müdafiə Nazirliyinin sözçüsü Kristina Rutsi deyib.

"Məsələ ondadır ki, biz müharibəyə qarışmaq istəmirik. Əlbəttə ki, razılaşmalar var, lakin onlar ictimaiyyət üçün deyil və ayrı-ayrı silah sistemləri ilə bağlı deyil", - sözçü bildirib.

Qeyd edək ki, ötən gün Almaniya kansleri Olaf Şolts Ukraynanın alman silahlarından istifadə qaydalarına yenidən baxılmasının və Kiyevə Rusiya ərazisinə zərbələr endirmək imkanının verilməsinin əleyhinə olduğunu bildirib.

Milli.Az