"Kirli sepeti"nin aktrisası yeni layihədə - FOTOlar

28 May 2024 06:06

Türkiyəli aktrisa Melisa Döngelin yeni layihəsi bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Güzelin hikayesi" filminə çəkilməyə hazırlaşır. O, layihədə "Hare"yə həyat verəcək. Ekran işində onun tərəf müqabilləri arasında Burak Sevinç və Fikret Kuşkan da yer alır.

Qeyd edək ki, Melisa hazırda "Kirli sepeti", Burak "Hudutsuz sevda", Fikret isə "Mehmed Fetihler sultanı" serialında rol alır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun