Romantik səhər öpüşünün inanılmaz zərərləri

27 May 2024 22:07

Yuxudan oyanan kimi sabahın xeyir öpüşməsi romantik olsa da, tibbi baxımdan zərərlidir.

Milli.Az medicina-ya istinadən xəbər verir ki, qastroenteroloq Petmat Şamaeva yuxuda ağız boşluğunda bakteriyaların çox toplandığını bildirib.

"Fizioloji halitoz - ağızdan qoxu 70% insanda oyanandna dərhal sonra yaranır. Yuxuda çoxsaylı bakteriyalar dil üzərinə toplaşır. Bu ona görə baş verir ki, yuxuda tüpürcək, ağız suyu hasili azalır. Ona görə oyanan kimi öpüşmək gigiyenik deyil. Öncə ağız və dişlər təmizlənməlidir.

Eləcə də halitoz mədə-bağırsaq xəstəliklərindən xəbər verir:
- Qastrit, xora
- Disbakterioz, parazitoz
- Mədəaltı vəz xəstəliyi
- Kandidoz
- Helikobakteri\
- Hepatit, qaraciyər, öd problemi
- Boğazda iltihab
- Çürük dişlər
- Siqaret çəkmə\

Bəzi bakteriya və mikroblar öpüşlə partnyora keçə bilir, ona görə ehtiyatlı olmaq lazımdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun