Gecikən krediti restrukturizasiya edilmiş sahibkara faiz subsidiyasının ödənişi dayandırılmayacaq

27 May 2024 16:12

Prezident İlham Əliyev 1 fevral 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi" qaydasında dəyişiklik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Azərbaycanda 90 gündən çox gecikən krediti restrukturizasiya edilmiş sahibkarlara faiz subsidiyasının ödənişi dayandırılmayacaq.

Milli.Az