Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

27 May 2024 16:02

Havanın dəyişəcəyi ilə bağlı daha bir xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 28-29-30-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu dmşəcəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun