İşıqforu maşınla sındırıb qaçdı - VİDEO

27 May 2024 15:38

Bu gün səhər saatlarında Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, qəza səbəbindən yolda olan bir ədəd piyada svetoforu yararsız hala düşüb.

Mərkəzin texniki əməkdaşları tərəfindən işıqforun bərpası istiqamətində işlər görülür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun