"Taş kağıt makas"ın aktyoru evlənir - FOTOlar

27 May 2024 17:23

Türkiyəli aktyor Burak Yörük evlənir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor bir müddətdir münasibətdə olduğu müğənni sevgilisi Tuana Yılmaza öz ad günündə evlilik təklifi edib. Tuana ona "Hə" cavabı verib.

Qeyd edək ki, Burak hazırda "Taş kağıt makas" serialında rol alır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun