Şəhid bacısı Avropa üçüncüsü oldu - FOTOlar

27 May 2024 14:30

Vətən müharibəsi şəhidi  kapitan Tural Zeynalovun bacısı Solmaz Zeynallı kyokuşin karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İspaniyanın Valensiya şəhərində keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 

Onunla yanaşı Əliqismət Həsənov gümüş, Balaəmi Əhmədov və Arzuman Həsənov da bürünc medal qazanıblar. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun