İranda sel və ildırımdan 61 nəfər öldü

27 May 2024 13:50

Son iki ay ərzində təbii fəlakət, xüsusən sel və ildırım vurması nəticəsində İranda 61 nəfər həyatını itirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miyadfər deyib.

Onun sözlərinə görə, həlak olanların 48-i seldə boğulub, 13 nəfər isə ildırım vurması səbəbindən həlak olub.

Həmin müddət ərzində 1595 nəfər qeyd olunan təbii hadisələr nəticəsində yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun