Berbok: Gürcüstan hakimiyyəti ölkənin Aİ-yə gedən yolunu bağlayır

27 May 2024 13:29

Gürcüstan hakimiyyəti "xarici təsir" haqqında qanun layihəsini qəbul etməklə ölkənin Avropa İttifaqına gedən yolunu bağlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Annalena Berbok deyib.

O bildirib ki, sözü gedən addım həm də hakimiyyətin gürcü xalqının iradəsinə qarşı çıxmaq niyyətindən xəbər verir:

"Mən çox təəssüf edirəm ki, Gürcüstan hakimiyyəti bu qanunla ölkəni Avropaya aparan yolunu bağlayır. Bu isə gənclər başda olmaqla, bütün vətəndaşların arzusudur" - A. Berbok deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun