İran XİN: İranın Azərbaycanla əlaqələri düzgün yoldadır

27 May 2024 13:02

İranın Azərbaycanla əlaqələri düzgün yoldadır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib.

"Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpası məsələsi iki ölkə arasında əməkdaşlığın və əlaqələrin tərəqqisində razılaşdırılmış məsələlərdən biri olub. Ümid edirik ki, bu məsələ birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək", - XİN sözçüsü qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun